Nizami Ələkbərov zavodunu satır - ÖZƏL

Onların sözlərinə görə, fəaliyyətə başladığı gündən narazılıqların bitib tükənmədiyi zavodu keçmiş başçı satmaq qərarına gəlib. N.Ələkbərovun zavodu satışa çıxmasına səbəb kimi yaşanan ciddi maliyyə böhranı göstərilir.
Qeyd edək ki, bundan öncə də keçmiş icra başçısının zavodunda baş qaldıran narazılıqlar barədə mətbuatda məlumatlar yer almışdı. N.Ələkbərov açıqlamasında zavodun yeni fəaliyyətə başlaması səbəbindən gəlir gətirmədiyini və bazarda yer tutana qədər maddi problemlərin yaşana biləcəyini demişdi.
Xatirladaq ki, Nizami Ələkbərov sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır. Bundan öncə də AzVision.az saytı eks-nazirin İvanovka kəndində yerləşən dəbdəbəli villasını satışa çıxarması haqda məlumat vermişdi.
AzVision.az