Bakı Dairəvi yolu nə vaxt açılacaq?

Bakı Dairəvi yolu nə vaxt açılacaq?
  14 İyul 2014    Oxunub:1251
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaxın bir neçə ayda Bakı dairəvi Yolunda təmir işlərini başa çatdırmağı planlaşdırır.
Bu barədə bazar ertəsi Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, əvvəlcə təmir işlərinin avtomobillərin hərəkətini qismən məhdudlaşdırmaqla aparılması planlaşdırılmışdı. Lakin təcrübəsiz sürücülərin günahı üzündən burada bir neçə yol-nəqliyyat hadisəsi baş verdi və Qazax-Astara istiqamətində nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması qərara alındı.
Bununla yanaşı, Mürsəliyev qeyd edib ki, sürücülər "Sədərək" Ticarət Mərkəzinin daxili yolunda 0,5 manat həcmində yol haqqı ödənişinin lazım gəlməsindən şikayətlənirlər: "Sürücülərin şikayətlənməyə haqqı yoxdur, çünki burada alternativ Xocasən-Lökbatan yolu mövcuddur. Bu yoldan istifadə edilərsə, "Sədərək" Ticarət Mərkəzinin əraizindəki yoldan keçməyə ehtiyac yoxdur".

Onun sözlərinə görə, yol tikintidən sonra daimi qulluq və xidmət, müvafiq bərpa və təmir işlərinin aparılmasını tələb edir. Çünki yol istismar nəticəsində və təbii şəraitin təsiri altında deformasiyaya uğrayır: "Avtomobil yollarının yüksək səviyyədə saxlanması məqsədilə təmir-bərpa işləri aparılır. Bakı Dairəvi yolunda belə təmir işləri hələ bir dəfə də aparılmayıb. Təmir müəyyən edilmiş normativlərə və texniki tələblərə uyğun həyata keçirilir ki, bu da zaman tələb edir. Bunların hamısı ölkə vətəndaşları üçün rahat şəraitin yaradılmasından ötrü edilir".
P.Mürsəliyev əlavə edib ki, avtonəqliyyat sahiblərinin narazılığı və bəzi KİV-də dərc olunan yazılar əsassız və ədalətsizdir: "İşlərin hamısı qüvvədə olan normativlərə uyğun və müəyyən olunmuş qrafik üzrə aparılır. Bakı Dairəvi yolunda aparılan təmir işləri yaxın vaxtlarda başa çatacaq və bundan sonra avtonəqliyyat sahibləri ondan fəal şəkildə istifadə edə biləcəklər".


Teqlər:





Xəbər lenti