Oqtay Əsədov Şevardnadzenin dəfnində iştirak etdi

Oqtay Əsədov Şevardnadzenin dəfnində iştirak etdi
  14 İyul 2014    Oxunub:1105
Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze ilə vida mərasimi Tbilisidə Müqəddəs Saleba kilsəsində keçirilib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin, hökumət və dövlət nümayəndələrinin, müxtəlif ölkələrin rəsmilərinin, mərhumun ailə üzvlərinin və yaxınlarının qatıldığı vida mərasimində Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti iştirak edib.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili tanınmış siyasətçi Eduard Şevardnadzenin ölkəsi və xalqı üçün xidmətlərindən danışıb, mərasimdə iştirak etmək üçün gələn qonaqlara gürcü xalqı adından minnətdarlığını bildirib.

Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze iyulun 7-də 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.


AzVision.az


Teqlər:  





Xəbər lenti