Sənəd qəbulu başa çatdı

Müsabiqənin I turunda namizədlərin elektron ərizə formasında qeyd etdikləri məlumatların müsabiqənin şərtlərinə uyğun gəlməsi yoxlanılıb.
Müsabiqənin şərtlərinə uyğun gələn 349 nəfər namizədin müraciəti təsdiqlənib, 107 nəfər iddiaçı isə müsabiqədən kənarlaşdırılıb.
2014-2015-ci tədris ili üçün STTM-ə altı ixtisas üzrə cəmi 96 nəfər şagirdin qəbul edilməsi nəzərdə tutulub. Bu isə qəbul zamanı müsabiqənin böyük olacağını göstərir. Belə ki, STTM-ə avtomatik idarəetmə sistemi üzrə operator ixtisası üzrə bir yer üçün müraciət edənlərin sayı 8 nəfər olub. Elektrik montyoru, kompressor qurğularının maşinisti, təmirçi-çilingər, texnoloji qurğuların operatoru, qablaşdırma üzrə operator ixtisaslarında isə hər yerə 2-5 nəfər iddia edir.
16-17 iyul tarixlərində STTM-də müsabiqənin II mərhələsi - müsahibələr, daha sonra isə test imtahanı keçiriləcək.
AzVision.az
Teqlər: