İlham Əliyevin İtaliya səfərindən – FOTOLAR

İlham Əliyevin İtaliya səfərindən – FOTOLAR
  15 İyul 2014    Oxunub:1116
Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri davam edir. Ölkə başçısı bu gün Romadakı “Altare dell Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət edib.

Daha sonra prezident İlham Əliyevlə Romada İtaliya Respublikasının Prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə və təkbətək görüşü olub.

İyulun 14-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Baş naziri Matteo Renzi ilə görüşü olub.
Baş nazir Matteo Renzi Prezident İlham Əliyevi qarşılayıb.

İtaliya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Baş nazir Matteo Renziyə təqdim olunub.

Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Ölkələrimiz arasında əlaqələrin strateji səviyyəyə qalxdığı bildirildi, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu qeyd edilib. Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi vurğulandı. Azərbaycan-İtaliya əlaqələrinin Avropa İttifaqı ilə əməkdaşlıq baxımından əhəmiyyəti qeyd edildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

AzVision.az prezidentin səfərindən yeni fotoları təqdim edir:

Qalereya




Teqlər:  





Xəbər lenti