FHN 3 nəfəri xilas etdi

FHN 3 nəfəri xilas etdi
  15 İyul 2014    Oxunub:1110
Bakıda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, lift texniki nasazlıq səbəbi ilə 5-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirib qapısını açıb və vətəndaşları liftdən çıxmasına şərait yaradıblar.


Teqlər:  





Xəbər lenti