İcra hakimiyyəti əsir düşən sakindən xəbərsizdir

İcra hakimiyyəti əsir düşən sakindən xəbərsizdir
  15 İyul 2014    Oxunub:1064
Tərtər Rayon İcra Hakimiyyəti Ermənistan tərifinə əsir düşən rayonun Qapanlı kənd sakini, 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlundan xəbərsizdir.
Bu barədə AzVision.az-a açıqlamasında icra hakimiyyətinin sektor müdiri Murad Səfərov bildirib.

Onun sözlərinə görə, Ş.Quliyev uzun müddətdir ki, Tərtərdə yaşamayıb.

“Həmin şəxs Tərtərin Qapanlı kəndində anadan olsa da, orada qeydiyyatda olsa da 10 ildən artıqdır rayonda yaşamayıb. O, Bakı, Sumqayıt şəhərlərində yaşayıb. Ona görə də bizim rayonla heç bir əlaqəsi yoxdur. Demək olar ki, həmin şəxs kənd sakinlərinin yadından çıxıb. Uzaq qohumları burada yaşayır. Qardaşı, bacısı, anası Sumqayıt şəhərində yaşayır, atası rəhmətə gedib. Bir qızı var”.

İcra rəsmisinin sözlərinə görə, bu məsələ ətrafında araşdırma aparılsa da, onun barəsində məlumat tapmaq mümkün olmayıb.

“Bura ilə əlaqəsi olmayan bir şəxs olduğu üçün məlumatımız yoxdur. Bu məsələ ilə bağlı ətraflı araşdırma aparmışıq, amma heç bir nəticə əldə edə bilməmişik”.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan bir Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb.Girov götürülmüş şəxs Tərtər rayon sakini Quliyev Şahbaz Cəlal oğludur. Onun Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilir. Erməni mediası girov götürülmüş şəxsin fotolarını da yayıb. Fotolarda Ş.Quliyevin mülki geyimdə olduğu görünsə də, erməni tərəfi onun kəşfiyyatçı olduğunu iddia edir.

Azərbaycan Müdafiə Nazirliyi isə məsələ ilə bağlı yaydığıaçıqlamada bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti