Məşhur meyxanaçı həbs olundu

Məşhur meyxanaçı həbs olundu
  15 İyul 2014    Oxunub:1132
Tanınmış meyxanaçı Bayram Kürdəxanlı həbs olunub.
Sabunçu rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, tanınmış meyxanaçı iyul ayının 12-də Bakıxanov qəsəbəsində saxlanılıb. Onu idarənin narkomaniya ilə mübarizə şöbəsinin əməkdaşları saxlayıb.

Bayram Kürdəxanlı saxlanılarkən üzərindən narkotik vasitə tapılıb. Hazırda meyxanaçı təcridxanada saxlanılır. Onun işi məhkəməyə verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bayram Kürdəxanılı məşhur meyxanalarının birində `Yaxşı oğlan narkoman olmaz...` oxuyurdu.


Teqlər:  





Xəbər lenti