Əcnəbi gənclər Gəncədə

Əcnəbi gənclər Gəncədə
  16 İyul 2014    Oxunub:1211
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi V qrant müsabiqəsində qalib olaraq Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin dəstəyi ilə “Əcnəbi gənclər Gəncədə” adlı layihə həyata keçirilib.
AzVision.az xəbər verir ki, layihə 13-14 iyul 2014-cü il tarixlərində Gəncə şəhərində icra olunub. Layihənin əsas məqsədi Gəncə Avropa Gənclər Paytaxtı – 2016 çərçivəsində Gəncə şəhərinin əcnəbi gənclər arasında tanıdılması olub. Gəncə gənclərinin də iştirak etdiyi layihənin təqdimat mərasimində layihə rəhbəri Nigar Süleymanlı ətraflı məlumat verib.

Layihə çərçivəsində əcnəbi gənclər Gəncə şəhərinin tarixi-memarlıq abidələri,muzey və digər turistik əraziləri ilə yaxından tanış olub, gəncəlilərin adət-ənənə və mədəniyyətləri haqqında məlumat əldə ediblər. Həmçinin, şəbəkələşmənin güclənməsi məqsədilə əcnəbi gənclərlə Gəncə gəncləri arasında diskusiya təşkil olunub. Sonda layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.




Teqlər:  





Xəbər lenti