Bir ayda 400 müraciət

Bir ayda 400 müraciət
  16 İyul 2014    Oxunub:1011
İyun ayı ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin “195-2” Telefon Məlumat Mərkəzinə 400-ə yaxın müraciət daxil olub.

Nazirlikdən verilən məlumata görə, daxil olan müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, elektron xidmətlərlə bağlıdır. Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır. Araşdırma lazım gəldiyi halda isə, onlara nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.


Teqlər:





Xəbər lenti