Kimlər gəldi, kimlər getdi... – VİDEO

Kimlər gəldi, kimlər getdi... – VİDEO
  16 İyul 2014    Oxunub:1073
Azərbaycanın xalq artisti, estrada musiqisinin banilərindən biri Mirzə Babayevin doğum günüdür.
1913-cü ilin bu günü Bakı şəhərində dünyaya gələn müğənni ixtisasca memar olub. Belə ki, M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində ali təhsil alan M.Babayev Bakı və Azərbaycanın digər şəhərlərində bir çox bina və muzeyin layihə müəllifidir.

Müğənnilik fəaliyyətinə isə 40-cı illərin əvvəllərində bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dan artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.

Azərbaycan SSR-in Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti, iki dəfə "Humay" mükafatı laureatıdır.

2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edib.




Teqlər:  





Xəbər lenti