Maaşla bağlı qərar dəyişdi

Maaşla bağlı qərar dəyişdi
  16 İyul 2014    Oxunub:1041
Baş nazir Artur Rasizadə "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Nazirlər Kabinetinin qərarında dəyişikliklər edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, qərar "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında" dövlət başçısının fərmanının icrasını təmin etmək məqsədi ilə verilib.

Qərarla Prezident yanında Bilik Fondunun işçiləri də dövlət büdcəsindən maliyyələşəcək. Baş nazirin qərarında o da qeyd olunur ki, Prezidenti yanında Bilik Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı Azərbaycan Prezidenti tərəfindən müəyyən edilir.


Teqlər:  





Xəbər lenti