Metrodakı hadisə ilə bağlı AÇIQLAMA

Metrodakı hadisə ilə bağlı AÇIQLAMA
  16 İyul 2014    Oxunub:1028
“Bakı Metropoliteni” QSC bu gün metronun “28 May” stansiyasında baş verən hadisəyə aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a açıqlamasında sərnişinin ayağının qatarla-platforma arasında qalmasında digər sərnişinləri günahlandırıb.

“Hadisə qatar stansiyada dayanarkən baş verib. Belə ki, sərnişinlər vaqondan düşmək istəyəndə bir-birilərini itələyiblər, həmin sərnişinin də ayağı vaqonla platformanın arasına düşüb. Özü də etiraf edib ki, günah sərnişinlərdə olub, onu arxadan itələyiblər. Hadisə yerinə təcili yardım çağırılıb. Qatarların hərəkətində isə hər hansı gecikmə baş verməyib”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti