15 ton çətənə kolu məhv edilib - Rəsmi

15 ton çətənə kolu məhv edilib - Rəsmi
  16 İyul 2014    Oxunub:973
İyunun 25-də Zaqatala rayonunun Muğanlı kəndinin Qaraçay çayı yaxınlığında ümumi çəkisi 5 ton 950 kiloqram olan 3966 ədəd, iyulun 11-də Zaqatala rayonunun Ağdamkələl kəndi istiqamətində Dindi dağı yaxınlığında ümumi çəkisi 10 ton 680 kiloqram olan 8900 ədəd narkotik xassəli çətənə kolları aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AzVision.az-a verilən məlumata görə, Zaqatala rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəliyinin, Zaqatala Rayon Polis Şöbəsinin və DSX əməkdaşlarının iştirakı ilə narkotik xassəli çətənə kolları yandırma üsulu ilə məhv edilib.


Teqlər:





Xəbər lenti