`Kəlbəcərli əsirlərə azadlıq` kampaniyası keçiriləcək

`Kəlbəcərli əsirlərə azadlıq` kampaniyası keçiriləcək
  16 İyul 2014    Oxunub:1106
İyulun 22-də "Erməni hərbçilər tərəfindən əsir alınan "Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq" adlı imzatoplama kampaniyası keçiriləcək.

Bu barədə AzVision.az-a kampaniyanın təşəbbüskarı Yeniliyə Aparan Yol İctimai Birliyinin və birliyin nəzdində fəaliyyət göstərən Kəlbəcər Gənclər Təşkilatının sədri Hüseyn Yusifov məlumat verib.

Onun sözlərinə görə, imzatoplama kampaniyası saat 16:00-da metronun Gənclik stansiyasının Tofiq Bəhramov adına Respublika stadionu istiqamətindəki çıxışında baş tutacaq.

İmza kampaniyasının məqsədi beynəlxalq təşkilatları və yerli hökuməti bu məsələdə qətiyyətli addımlar atmağa səsləmək və məsələni ictimailəşdirməklə diqqət mərkəzində saxlamaqdır.

Arzu edənlər kampaniyada iştirak edə bilərlər.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti