Leyla Yunus və Əli Kərimli xisləti...

Leyla Yunus və Əli Kərimli xisləti...
  16 İyul 2014    Oxunub:838
Ötən gün Müsavat Partiyasının Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 25 illiyi ilə bağlı keçirdiyi tədbir bir sıra mətləblərə aydınlıq gətirdi.
Xəbər verdiyimiz kimi, tədbirdə ən diqqət çəkan məqamlardan biri AXCP sədri Əli Kərimlini bu mərasimə gəlməməsi idi. Halbuki söhbət AXC-dən gedirdisə sosial şəbəkələrdə tariximizin qayğıkeşi obrazından çıxış edən cəhbəçilər bu mərasimə qatılmalı idilər.

Onlar gözlənildiyi kimi şəxsi ambisiyalarını hər şeydən - millət, xalq mənafeyindən üstün tutaraq Azərbaycan üçün önəmli olan bu tarixi Müsavatla birgə yad etməkdən imtina etdilər.

Məsələnin kökündə hamının bildiyi kimi İsa Qəmbər-Əli Kərimli intriqaları, bölüşə bilinməyən liderlik davası dayanırdı. Əli Kərimli və komandası nə qədər bəhanələr gətirsələr də onun Müsavatın qərargahına gəlməməsi İsa Qəmbərlə münasibətlərindən qaynaqlarındı.

Yoxsa, elə bir tədbir olardımı ki, İsa Qəmbər orada olsun, Əli Kərimli olmasın, yaxud da əksinə...

Küsəyən sevgililər kimi gah ayrılan, gah barışan “dostların” tifaqı seçkidən sonra elə dağılmışdı ki, fələk də onları birləşdirə bilmirdi.

Dünənki tədbir müxalifətin necə dost, qardaş, sadiq olduqlarını Əli Kərimlinin timsalında bütün çılpaqlığı ilə göstərdi. Heç bu yoldaşlığa sığarmı ki, duz-çörək kəsdiyin, yüz minlərlə xarici qrantı bir yerdə yediyin adama dönük sığasan? Əsla...

Əli Kərimli illərdir “dostluq etdiyi” İsa Qəmbərə dostluğunu da, sadiqliyini də dünən bir daha sübut etdi.

Bu məqamda cənab Kərimliyə əsrlərin sınağından keçən bir misalı xatırlatmaq məncə, yerinə düşərdi: “Çağırılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə...”.
Kərimli nə ar etdi, nə də dar... Buna başqa ad vermək olmazdı: sayğısızlıq

Əli Kərimlinin hörmətsiz yanaşması İsa Qəmbərə görünür yer etmişdi ki, o Facebook səhifəsində keçmiş müttəfiqinə həyatı iynəli sözləri ilə başa saldı.

“Təəssüf ki, dəvətlilərin bəziləri –o cümlədən Leyla Yunus, İskəndər Həmidov, Əli Kərimli yəqin ki, üzrlü səbəblərdən iştirak edə bilmədilər. Sağlıq olsun!”.

İsa Qəmbərin bu mesajı təkcə Kərimliyə ünvanlanmamışdı. Bu siyahıda İskəndər Həmidov və hüquq müdafiəçisi Leyla Yunus da var idi. O Leyla Yunus ki, İsa Qəmbərdən tutmuş adi sıravi Müsavat üzvünə kimi hamısı onun müdafiəçisinə çevrilmişdilər.

Bəli, Leyla Yunusun ürək bulandıran şoularında cənab Qəmbər onu mətbuat səhifələrində dəstəkləyərək “müvəkkilini” günahsız mələk kimi qələmə verirdi. Sanki hamı qatı cinayətkar, cani imiş, bir tək Leyla Yunus süddən çıxma ağ qaşıq..

Atalar yaxşı deyib: “A, yetim kimi vurarsan, o da deyib ki, mənə çörək verəni”.

Dünən İsa Qəmbəri “vuranlardan” biri də elə Leyla Yunus idi. “Günahsız mələk” İsa Qəmbərin də dediyi kimi dəvətə sayğısızlıq edənlərdən çıxdı.

Sözsüz ki, İsa Qəmbərin facebook mesajı heç də təsadüf deyildi. Onun mətnaltı icmarıcı Əli Kərimli və Leyla Yunusun Müsavatın “qara siyahı”na düşdüyünün anonsu idi.

Görünür, gec də olsa İsa bəy Əli Kərimli, Leyla Yunus kimi xislətli adamları müdafiə etdiyinə peşman olmuşdu.

Necə?

Bəli, Müsavat kimi AXCP də Leyla Yunusa AXC-nin yubiley mərasimində iştirak etmək üçün dəvət göndərmişdi. L.Yunus isə cavabında yalnız bir dəvəti qəbul etdi, birini yox.

Tərifli pendirdən qurd çıxan kimi, İsa Qəmbərin ağızdolusu təriflədiyi Yunus ona dönük çıxdı.

İsa Qəmbəri saymayan Leyla Yunus cəbhəçilərin bugünki tədbirinin əsas aparıcı “sima”larından idi. Mərasimdə danışdı, çıxış etdi, şou göstərdi, ən əsası ilə o Qəmbər-Kərimli davasından ikincinin yanında olduğunu nümayiş etdirdi.

Bax, bu da yetimə verilən qoğalın qiyməti.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti