Direktor pul söhbətinə görə təhsil idarəsinə çağırıldı

Direktor pul söhbətinə görə təhsil idarəsinə çağırıldı
  16 İyul 2014    Oxunub:1047
Bakının Xətai rayonunda yerləşən 171 saylı orta məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzova müəllimlərə məcburi şəkildə kredit borclarının ödətməsi ilə bağlı şikayətlərə görə Bakı şəhəri üzrə Təhsil İdarəsinə çağırılıb.
Bu barədə AzVision.az-a sözügedən məktəbdən bildiriblər.

Direktorun məzuniyyətdə olduğunu deyən müəllimlərin sözlərinə görə, kredit məsələsi mətbuatda işıqlandırılandan sonra İ.Murğuzova qorxuya düşüb. O müavinləri vasitəsi ilə müəllimlərə xəbər göndərərək bu barədə onun əleyinə danışmamağı tapşırıb.

Adıçəkilən məktəbdə çalışan müəllimlər həmçinin qeyd ediblər ki, məsələ ilə bağlı İ.Murğuzova Bakı şəhəri üzrə Təhsil İdarəsinə çağırılıb. Hazırda idarədə sorğu-sual edilir.

Qeyd edək ki, həmin məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzova banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə günahlandırılır. Müəllimlərin şikayətlərinə görə, İ.Murğuzova onların adına banklardan kredit götürsə də sonradan borcunu ödəməkdən imtina edərək onların ödəməli olduğunu diqqətə çatdırıb. Çıxılmaz vəziyyətdə qalan müəllimlər işdən çıxmaq qorxusu ilə direktorun aylıq kreditlərini ödəyirləşmiş.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti