2.4 milyonun çoxu Xədicəyə veriləcək?

Teleqraf.com-un əldə etdiyi, ancaq dəqiqləşdirə bilmədiyi məlumata görə, qrant müsabiqəsinin qalibləri arasında Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılova da var. 2,4 milyon dollar həcmində qrantın mühüm və ən böyük hissəsi X.İsmayılova ayrılacaq. “Azadlıq” radiosunun çox illik ənənələrindən və ümumi yayım şəbəkəsinin bir qolu olmasından dolayı Xədicə İsmayılova hakimiyyətə qarşı öz radikal baxışlarını orada ürəyi istədiyi kimi ifadə edə bilmir.
Elə buna görə də ABŞ səfirliyi həm onu “Azadlıq” radiosundan uzaqlaşdırmaq, həm də yaradacığı “yerli” və “müstəqil” medianın başına gətirmək istəyir.
Başqa bir məlumata görə isə, Xədicə İsmayılova həmin müsabiqədə ekspert kimi iştirak edib və 2,4 milyonluq qrantı əvvəllər ekspert olduğu müsabiqələrdəki kimi, öz çevrəsinə yönəltməyə səy göstərib.
Bu “müsabiqə”də iştirakı və qazancı ilə bağlı informasiyaları dəqiqləşdirmək üçün Xədicə İsmayılovanın özünə müraciət etdik. Xədicə İsmayılova sualı dinləmədən “onun kimi vicdanlı adamı narahat etdiyinə görə əməkdaşımızı ittiham elədi: “Mənim kimi vicdanlı adama zəng etməklə məni narahat edirsiniz”.
Qeyd edək ki, ABŞ-ın fantastik həcmdə qrant vəd etməsi Azərbaycan mediasında müzakirələrə səbəb olub. 2,4 milyon ABŞ dolları məbləğində nəzərdə tutulan qrant müsabiqəsi üçün isə cəmi 1 həftə vaxt verilib. Layihələrin hazırlanması üçün cəmi bir həftə (iyunun 30-dan iyulun 7-dək) müəyyən edilib və onun da elanı kütləvi şəkildə yayılmayıb.
Qrantın tapılması uzun çəkən elanında qeyd edilir ki, bütün təşkilatlar bu məbləğ üçün ərizə ilə müraciət edə bilərlər. Amma heç bir QHT və media qurumu bu barədə məlumatlandırılmayıb, həttta mümkün ərizəçilər üçün məlumatlandırma sessiyası da keçirilməyib. Layihənin müddəti 3 illikdir.
Teqlər: