Sığortası olmayanların nəzərinə: cərimələr artdı

Sığortası olmayanların nəzərinə: cərimələr artdı
  16 İyul 2014    Oxunub:889
Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmamasına görə cərimələrin məbləğinin xeyli artırılmasının nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.
Dəyişikliyə əsasən, fiziki şəxslər üçün müvafiq sığortanın olmamasına görə cərimənin məbləği 10 manatdan 50 manata, vəzifəli şəxslər üçün 100 manatadək, hüquqi şəxslər üçün 300 manatadək artırılıb.

"İcbari sığortanın növləri haqqında" qanuun qüvvəyə minməsindən sonra avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta polisinin baza dəyəri 50 manat təşkil edir və mühərrikinin həcmi 1500 min kub santimetrədək olan avtomobillərə tətbiq edilir. Mühərrikin həcmi artıqda (1,5 min-dən 5 min kub santimetrədək) dəyərə 1,5-dən 5-dək əmsal tətbiq edilir. Mühərrikinin gücü 5 min kub santimetrdən artıq olan avtomobillərə 5 əmsalı tətbiq edilir. Əvvəllər minik avtomobilləri üçün sığorta mükafatı 10 manat idi.


Teqlər:  





Xəbər lenti