4 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

4 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  16 İyul 2014    Oxunub:828
Bakının bir neçə küçəsində hərəkət məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AzVision.az-a verilən məlumata görə, "Azəryolservis" ASC-dən bildiriblər ki, yolda üfüqi nişanlanma (xətlənmə) işlərinin aparılması məqsədilə bu gün saat 22:00-dan etibarən paytaxtın İstiqlaliyyət, Əziz Əliyev, Azərbaycan və Füzuli küçələrində (Füzuli meydanı) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


Teqlər:  





Xəbər lenti