Deputatın partiyasında yeni təyinat

  16 İyul 2014    Oxunub : 657
Deputatın partiyasında yeni təyinat
Ümid Partiyasına yeni şöbə müdiri təyin olunub.
İyulun 16-da Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə yeni sərəncam imzalayıb.

Partiya sədrinin imzaladığı sərəncama əsasən İbadova Günel Mahmud qızı (Günel Xəzəl) Sosial və Humanitar şöbənin müdiri vəzifəsinə təyin edilib

İbadova Günel Mahmud qızı 9 iyun 1981-ci ildə Bakıda anadan olub.1998-ci ildə Nizami rayon 201 saylı orta məktəbi, 2002-ci ildə “ Odlar Yurdu” Universitetinin hüquq fakültəsini bitirib. 2010-cu ildən etibarən dövri mətbuatda ədəbi və sosial mövzularda çoxlu sayda məqalələri dərc olunub. “ Şakti - qadın dili” hekayələr toplusundan ibarət kitabın müəlliflərindəndir.

Teqlər: