`USAİD pulları eyni QHT-lərə ayırır`

Son illər ABŞ yönümlü beynəlxalq təşkilatların Azərbaycanda elan etdiyi qrant layihələrində yalnız radikal müxalifətin təsiri altında olan, özlərinə yaxın QHT-lər qalib olub. Bu yaxınlarda bunu ATƏT Parlament Assambleyasın Bakıda keçirilən 23-cü sessiyasında ATƏT rəhbərliyi ilə Azərbaycandan fəaliyyət göstərən QHT sədrlərinin görüşündə də qeyd edildi. Onlara bunun hansı səbəbdən baş verdiyi sual edildi. Təəssüf ki, bu suallara cavab verilmədi. Onların nəzərinə çatdırıldı ki, son illərdə 28 milyondan artıq qrant layihələri həyata keçirdiblər və bu layihələrin 80%-i 20-yə yaxın eyni QHT-lərə verilib. Bu təşkilatlar da birbaşa radikal siyasi kurs tutanlardır. Niyə məhz bu təşkilatlara veriblər? Bircə fakt yoxdur ki, hakimiyyətin yürütdüyü siyasəti dəstəkləyən , konstruktiv mövqe tutan və ya bitərəf QHT-lər bu qrantlardan faydalansınlar. Hesab edirəm ki, bunu ABŞ-ın qəsdən edir və bu onların yeritdiyi siyasətdir”.
Teqlər: