Prezident “ASAN xidmət”ə pul ayırdı

Prezident “ASAN xidmət”ə pul ayırdı
  16 İyul 2014    Oxunub:795
Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən göstərilən səyyar xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, görülən işlərin davam etdirilməsi və səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan “ASAN xidmət”ə regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili üçün 8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Teqlər:  





Xəbər lenti