Sərdar Cəlaloğlu cəbhəçiləri “zombi” adlandırdı

Sərdar Cəlaloğlu cəbhəçiləri “zombi” adlandırdı
  17 İyul 2014    Oxunub:1235
“Əli Kərimli deyir ki, biz Azərbaycanda hər bir vətəndaşın hüquqlarının müdafiəsi uğrundə mübarizə aparırırıq. Amma mənim danışmaq hüququmu pozdular. Sənin təşkilatın haqqında pis söz dedik? Burda nə var ki, fit çalırsız?”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AXCP-nin Azərbaycan Xalq Cəbhəsinin (AXC) 25 illiyi münasibətilə keçirdiyi tədbirdə çıxışını yarımçıq kəsməsinə münasibət bildirərkən deyib.

S. Cəlaloğlu AXCP-nin tədbirində çıxış etmək istəmədiyini bildirib.

“O tədbirdə çıxış etmək istəmirdim, amma təkid etdilər. Mənə söz verdilər, mən də gördüm ki, dərin mənalı çıxışlar olmur, fürsətdən istifadə edib, bir qədər çalışdım ki, tarixi ruh aşılayım. Mən bildirdim ki, gələcəyə gedən adam öz keçmişini bilməsə, düz yolunu tapa bilməz. Bizim xalqımızın məğlubiyyəti, bizim xalqımızın qələbəsi məhz keçmişimizdən baxmaqla aşkar oluna bilər və bu gün biz Dağlıq Qarabağı ona görə azad edə bilmirik ki, xalqımızın tarixin, hansı dövründə necə hərəkət etdiyindən məlumatsızıq. Mən bu bu səpkidə çıxış etmək istəyirdim. Və dedim ki, siz elə bilirsiniz ki, Azərbaycan tarixi Məhəmməd Əmin Rəsulzadədən başladı. Dərhal da keçdi Elçibəyə?. Halbuki Məhəmməd Əminlə Elçibəy arasında 70 illik dövrdə xalqımızın maarifləndirilməsi uğrunda xeyli xidməti olmuş insanlar olub. Misal çəkdim ki, Azərbaycan dilini dövlət dili elan edilməsində İmam Mustafayevin xidmətləri olub. Xudu Məmmədovu, Ziya Bünyadovu unutmaq olmaz. Mən bu tipdə təhlil xarakterli çıxış etdim”.

S.Cəlaloğlu bildirib ki, bu çıxışından sonra səs-küy qalxmağa başalyıb: “Təsəvvür edin ki, bu sözlərimə görə, başladılar qışqırmağa, səs- kuy salmağa, dedim ki, imkan verin mən sözümü bitirim, ondan sonra reaksiya verin, onsuz da qabaqcadan bildirmişdim ki, elə çıxış etməyəcəm ki, siz mənə alqış edəsiniz. Zaldakı insanlar da çıxışlara reaksiya verirdilər “Əli bəy, Elçibəy” qışqırırdılar. Gördüm ki,Əli bəy də şərait yaradır ki, onlar tərbiyəsizlik etsin, mənim sözümə qulaq asılmayan yerdə niyə qalmalıyam ki, nə mənası var ki. Ona görə də çıxışımı yarımçıq kəsdim.

Bu vəziyyət onların acınacaqlı vəziyyətdə olduğunu göstərdi, necə ki, 88-ci illərdəki qaraguhur insanlardır, bu gün də heç nə dəyişməyib, həmin qaraguhur insanlar, qaraguhur münasibətlərdir. Düşüncəsiz hərəkətlər. Əli bəy deyir ki, yeganə bizik ki, Azərbaycan xalqının maraqlarını müdafiə edirik, amma mən xalqın tarixindən danışıram məni fitə basırlar. Sən necə xalqı müdafiə edirsən ki, bu xalqın tarixindən danışan kimi sən qıcıqlanırsan. Bunlar neçənci əsrdə yaşayırlar, hamısı cavan uşaqlardır, bunları kim belə zombiləşdirib, elə bilir ki beyinlərini yuyubsan, kukladırlar”.

Qeyd edək ki, AXCP-nin Azərbaycan Xalq Cəbhəsinin (AXC) 25 illiyi münasibətilə keçirdiyi tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun çıxışı narazılığa səbəb olub. Tədbirdə AXCP üzvləri onun çıxışına etiraz etdikdə, S. Cəlaloğlu çıxışını yarımçıq kəsərək zalı tərk edib.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti