“Onlardan biri öldürülüb...” - Deputat

“Onlardan biri öldürülüb...” - Deputat
  17 İyul 2014    Oxunub:789
“Bu gün təmasda olduğum hər bir kəs Kəlbəcərdə işğalçılar tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında danışırdı. Deyilənə görə onlar üç nəfər olublar, biri öldürülüb”.
AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, hər kəs ermənilərin girov götürdüyü azərbaycanlıların qorxmazlığından, doğma torpağa olan bağlılığından danışırır.

“Onlara ora doğma torpaq çəkib aparırdı, baxmayaraq ki, tutulacaqlarını və əzab veriləcəklərini göz altına almışdılar.
İndiyə qədər bir dəfə də olsun hansıa bir erməninin gizli yolla Azərbaycanda yaşadığı kəndə gizli gəlməsi xəbəri eşidilməyib, heç kəndlərinin videosunu çəkdirib evində qiyməətli var-dövlət kimi saxlayanlar da yoxdur.

Çünki, Azərbaycan (Ermənistan da) onların doğma, dədə-baba torpağı deyil, onları bu torpağa heç nə bağlamır, qan çəkmir. Onlar bu torpağa gəlmədirlər, onların genində bu torpağıaqla balı heç nə yoxdur.

Ancaq bu iki nəfəri ora aparan gen yaddaşı idi, babaların səsi idi. Bu hiss istənilən qorxudan üstündür.

Bu iki nəfərin dəliqanlı hərəkətinin təkraralanmasını istəmzdim, bu çox təhlükəlidir. Ancaq bununla belə bu hərəkət cəmiyyətdə vətənpərlik hissinin daha da qalxmasına səbəb oldu, gənclərin qanını oynatdı. Bu gün xəbəri eşidən cvəəbhə xəttində duran əsgər də, zabit də intiqam hissi ilə yanmaqdadır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti