Artur Rasizadə Tarif Şurasına əlavə səlahiyyət verdi

Artur Rasizadə Tarif Şurasına əlavə səlahiyyət verdi
  17 İyul 2014    Oxunub:1160
Baş nazir Artur Rasizadə "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları"nda dəyişikliklər edilməsi haqqında qərar verib.
Qərar "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" prezidentin fərmanının icrasını təmin etmək məqsədi ilə verilib.

Dəyişikliklərə əsasən, ixtiralarla əlaqədar haqqın ödənilməsi ilə bağlı yaranan mübahisələrə inzibati qaydada və məhkəmədə baxılacaq. Bundan başqa, qərara əsasən, ixtiralarla bağlı xidmət haqqı (ödəniş) Tarif Şurası tərəfindən müəyyən ediləcək.


Teqlər:





Xəbər lenti