Azərbaycanda 2 min müəllim işsiz qalıb

Azərbaycanda 2 min müəllim işsiz qalıb
  17 İyul 2014    Oxunub:763
Son 3 ildə Azərbaycanda müəllimləri sayı təxminən 2 min nəfər azalıb.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, ötən 5 ildə müəllimlərin sayında daha ciddi azalma müşahidə olunub.

O qeyd edib ki, azalma müəllimlərə yaş senzinin tətbiqi, müəllimlərin işə qəbulunda Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə mexanizminin tətbiqi ilə bağlıdır: “Bundan sonra müəllimlərin sayında azalma daha çox olacaq. Çünki artıq vakansiyalar konkret təhlil edilir, dəqiqləşdirilir, yalnız ehtiyac olduğu halda müəllimlər işə götürülür. Bundan əlavə, monitorinqlər, müxtəlif tədbirlər vasitəsilə peşəkar, bilik səviyyəsi yüksək olan müəllimlər məlum olur, onlarla bağlı hesabat hazırlanır”.


Teqlər:  





Xəbər lenti