Morninqstar Məmmədyarovla vidalaşdı

Morninqstar Məmmədyarovla vidalaşdı
  17 İyul 2014    Oxunub:870
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul keçirib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində görülmüş işlər müzakirə edilib. Bir sıra sahələrdə əməkdaşlıq prespektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Riçard Morninqstarıa gələcək fəaliyyətində uğurlar arzulayıb.




Teqlər:





Xəbər lenti