Bakıdan ABŞ-ın Qarabağ təklifinə cavab

"Əgər bir mərhələdə 5 rayon, ondan sonrakı mərhələdə 2 rayon geri qaytarılırsa bununla razılaşmaq olar. Biz münaqişənin həllini istəyirik və dünyaya da göstərmək istəyirik ki, konstruktiv mövqe tuturuq".
Novruz Məmmədov həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səslənib. O, münaqişənin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırıb.
"Təəssüflər olsun ki, dünyadakı münaqişə ocaqlarının çoxalmasının səbəbi elə qərb ölkələrinin, xüsusən Avropanın ikili mövqeyindən doğur. Bu yanaşma həmin dövlətlərə də yaxşı heç nə vəd etmir".(Ans)
Teqlər: