Dövlət qoruğunda narkotika əməliyyatı
.jpg)
Reyd zamanı qoruğun Gərəkli sahəsinin 2 saylı dolayında ölçüləri 8x5 metr və 30x40 metr olan sahələrdə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 778 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi faktı aşkar edilib. Bitkilər polis əməkdaşları tərəfindən qanunamüvafiq qaydada götürülüb.
Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində qoruq əməkdaşlarının, Daxili Qoşunlar və Sərhəd Qoşunları heyətinin, Zaqatala və Balakən rayon Polis Şöbələrinin əməkdaşlarının iştirakı ilə xüsusi əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Teqlər: