22 yaşlı gənc Kürdə batdı

22 yaşlı gənc Kürdə batdı
  18 İyul 2014    Oxunub:940
Fövqəladə Hallar Nazirliyinin telefon xəttinə daxil olmuş məlumata əsasən, 1992-сi il təvəllüdlü Razim Sədi oğlu Əhmədov Kür çayının Şəmkir rayonu Kür qəsəbəsi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 160 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb.
AzVision.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.

R.Əhmədovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:20-də başa çatıb.


Teqlər:





Xəbər lenti