AZAL Ukraynaya uçuşları dayandırmadı

AZAL Ukraynaya uçuşları dayandırmadı
  18 İyul 2014    Oxunub:803
“Bu gün AZAL-ın Kiyevə olan reysi baş tutacaq”.
AzVision.az-ın məlumatına görə, bu barədə 1news.az-a AZAL mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli danışıb.

Ukraynadakı təyyarə qəzasından xəbərdar olduqlarını deyən M.Səfərli dünən də Ukraynaya uçuşun baş tutduğunu bildirib. Mətbuat xidmətinin rəhbəri uçuşların dayandırılması ilə bağlı bundan sonra veriləcək qərardan xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, bir çox aviaşirkətlər Ukraynaya və Ukrayna üzərindən uçuşları dayandırıblar. Almaniyanın “Lufthansa”, Türkiyənin “Türkish Airlines”, Rusiyanın “Аэрофлот” şirkətləri bunu rəsmi şəkildə elan ediblər.


Teqlər:  





Xəbər lenti