Ayaqqabıdan da narkotik çıxdı

Ayaqqabıdan da narkotik çıxdı
  18 İyul 2014    Oxunub:941
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.2 maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Yaşar Gülağa oğlu Alməmmədova tanışı vətəndaş Yadigar Vaqif oğlu Əhmədovun gətirdiyi ev ayaqqabısının içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 (iki) ədəd sellofana bükülmüş xalis çəkisi 12,161 qram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, fakt üzrə araşdırma aparılır.



Teqlər:





Xəbər lenti