Azərbaycanda daha bir jurnalist ölümü

Azərbaycanda daha bir jurnalist ölümü
  18 İyul 2014    Oxunub:813
“Qarabağ” qəzetinin baş redaktor müavini yol qəzasında ölüb. Bu barədə APA-ya “Ədalət” qəzeti baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlu məlumat verib.
Ə. Mədətoğlu deyib ki, iyulun 17-də S. Ağayev Bakının Xətai rayonu ərazisində yolu keçərkən onu maşın vurub. S. Ağayev hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsindən bildiriblər ki, hadisə Nobel prospekti 15 ünvanında, “Megafun” Əyləncə Mərkəzinin qarşısında qeydə alınıb. Sürücüsü məlum olmayan avtomobil yolu keçən Sarvan Ağayevi vurub.

Jurnalist Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb

Qeyd edək ki, S. Ağayev əvvəllər “Ədalət” qəzetində çalışıb.


Teqlər:





Xəbər lenti