Baş nazir diplomatlarla bağlı qərar verdi

Baş nazir diplomatlarla bağlı qərar verdi
  18 İyul 2014    Oxunub:904
Baş nazir Artur Rasizadə Azərbaycanda fəaliyyət göstərən xarici diplomatlarla bağlı qərar verib.
AzVision.az xəbər verir ki, baş nazirin imzaladığı qərar xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycana diplomatik missiya ilə səfər edən əcnəbilərin qeydiyyata alınması haqqında vəsiqələrin nümunələrinin təsdiq edilməsi barədədir.

Qərara müvafiq oalraq diplomatlara və nümayəndə heyətlərinin üzvlərinin qeydiyyata alınması haqqında vəsiqələrin nümunələri təsdiq edilib.

Qərar 30 gündən sonra qüvvəyə minəcək.


Teqlər:  





Xəbər lenti