Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq
  18 İyul 2014    Oxunub:1111
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, İyulun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq.
İyulun 19-da Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

İiyulun 20-21-də ölkə ərazisində nisbətən sərin hava şəraiti hökm sürəcək.


Teqlər:





Xəbər lenti