DİN-dən böyük narkotik əməliyyatı

DİN-dən böyük narkotik əməliyyatı
  18 İyul 2014    Oxunub:1243
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları narkotik maddələrin əkilib becərilməsi və satışında təqsirli bilinən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Gəncə şəhər sakini, 57 yaşlı Namiq Musayevin kirayə götürdüyü evin həyətyanı sahəsinə baxış zamanı 600 kvadratmetr ərazidəki istilikxanadan ümumi çəkisi 251 kiloqram olan 505 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs bildirib ki, narkotik tərkibli bitkiləri bir neçə ay əvvəl əkib. Bu müddət ərazində xüsusi aqrotexniki qaydalara uyğun olaraq becərib. Namiq Musayev çətənə kollarını satış məqsədilə əkib becərdiyini etiraf edib. Onun yaşadığı Gəncə şəhəri Ozan küçəsindəki evə baxış zamanı isə kibrit qutularına doldurulmuş qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də cinayət məcəlləsinin bir neçə ağır maddəsi ilə dəfələrlə məhkum olunaraq 14 il həbsdə yatıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Qalereya




Teqlər:  





Xəbər lenti