Müəllif yazır ki, enerji bazarındakı bugünkü reallığı nəzərə alsaq, Azərbaycan bu region üçün ən vacib tərəfdaşdır. Azərbaycan təkcə enerji ilə zəngin bir ölkə deyil, bu diyar həm də qədim tarixə malikdir. Bu ölkə uzun əsrlər böyük əzab-əziyyətlərə düçar olmuşdur. Azərbaycanın ən böyük problemi ərazisinin 20 faizinin işğalı və bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsidir.
Məqalədə vurğulanır ki, Prezident İlham Əliyevin tarixi dəyərlərə verdiyi əhəmiyyətin göstəricisidir ki, İtaliyaya səfəri çərçivəsində Romada dünyanın ən önəmli arxeologiya komplekslərindən biri olan Aleksandria ərazisində qazıntıların aparılmasına Azərbaycan tərəfindən maddi yardımın göstərilməsi ilə bağlı sənəd imzalandı.
Yazıda, həmçinin dövlətimizin başçısının Roma şəhərinin meri İqnatsio Marino ilə görüşü çərçivəsində müzakirə olunan məsələlərlə bağlı da məlumat verilir.
