Ermənilərin "baş taktiki" yenidən Müdafiə Nazirliyinə qayıdıb

   Ermənilərin    "baş taktiki"    yenidən Müdafiə Nazirliyinə qayıdıb
  28 Noyabr 2024    Oxunub:365
Ermənistanın “Joğovurd” qəzeti diqqət çəkən məlumat yayıb.
Nəşr yazıb ki, ermənilərin İkinci Qarabağ müharibəsindən sonra Müdafiə Nazirliyində daha çox nifrət etdikləri Artsrun Hovanisyana yenidən vəzifə verilib.

Artsrun dediyini deyir: "Qaçmamışıq, taktiki geri çəkilmişik"
“Artsrun Ermənistan Respublikası Müdafiə Nazirliyinə qayıdıb. 2020-ci il müharibəsindən sonra uzun müddət işsiz qalan Hovanisyan Ermənistan Respublikasının Milli Müdafiə Komitəsinə ekspert təyin edilmişdi",-məqalədə yazılıb. O da vurğulanıb ki, keçmiş nazirlik əməkdaşına deputat Andranik Köçaryan kömək edib.

“Joğovurd” qəzetinin əməkdaşları ermənilərin "baş taktiki"nin artıq bir ildir ki, Milli Müdafiə Komitəsində fəaliyyətini dayandırdığını da öyrəniblər. O, “Joqovurd”a açıqlamasında indi hansı sahədə çalışdığını deməyib.

Xatırladaq ki, Artsrun İkinci Qarabağ müharibəsindəki yalan dolu açıqlamaları, "taktiki geri çəkilmələr etmişik" kimi sayıqlamaları ilə ad çıxarmışdı. O, 2021-ci ilin aprelində istefa verib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti