2 yaşlı uşağın əli ət maşınında qaldı

Hadisə yerində məlum olub ki, 2012-ci il təvəllüdlü Əliyev Elvin Emin oğlunun sol əlinin barmaqları ət maşınında sıxılaraq qalıb. Xilasedicilər hadisə yerinə olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarının nəzarəti altında ət maşınının hissələrini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alətlər (kəsici laqunda aləti) vasitəsilə kəsərək hissələrə ayırıb. Sıxılmış vəziyyətdə olan uşağın sol əlinin barmaqlarını ət maşınından çıxararaq onu hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.(lent.az)
Teqlər: