Zeynal Məmmədli yeni vəzifəsindən xəbərsizdir

Zeynal Məmmədli yeni vəzifəsindən xəbərsizdir
  18 İyul 2014    Oxunub:1922
“Azadlıq” radisounda hər hansı kadr dəyişikliyi ilə bağlı yalnız Praqa ofisindən məlumat almaq olar”.
Bunu AzVision.az-a açıqlamasında tanınmış jurnalist Zeynal Məmmədli “Azadlıq” radiosunun Bakı ofisinin koordinatoru təyin olunmasından danışarkən deyib. O bu məlumatın əsassız olduğunu bildirib:

“Bu ona bənzəyir ki, qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Mən iki ilə yaxındır ki, baş redaktor vəzifəsində çalışıram”.

Qeyd edək ki, Teleqraf.com-un əldə etdiyi məlumata görə, “Azadlıq” radiosunun Bakı ofisinin rəhbəri Babək Bəkir işindən uzaqlaşdırılıb. Babək Bəkiri bu vəzifədə artıq tanınmış jurnalist Zeynal Məmmədli əvəz edir.


Teqlər:





Xəbər lenti