“Seyran Ohanyanın bəyanatı əsassızdır ”

“Seyran Ohanyanın bəyanatı əsassızdır ”
  18 İyul 2014    Oxunub:821
“Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Kəlbəcərin bütün yollarının minalanacağı barədə açıqlaması daxili auditoriyaya hesablanmış bəyanatdır.
”.
APA-nın məlumatına görə, bunu KİV rəhbərləri ilə görüşdə Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

Nazir müavinin sözlərinə görə, xüsusilə də dağlıq ərazidə yolların minalanması məntiqli addım deyil. Dağlıq ərazidə bu tədbir heç bir effekt verməyəcək: «Ermənistanın müdafiə nazirinin bu çıxışı daxili auditoriya hesablanmış əsassız bəyanatdır».

General-leytenant Azərbaycan Ordusunun inventarında minalı sahələrdən keçid açmaq üçün müasir texnologiyaların olduğunu da vurğulayıb: “Azərbaycan Silahlı Qüvvələrinin inventarında müasir mina aşkarlayan və təmizləyən qurğular var. Odur ki, minalı sahələri təmizləyib keçmək problem deyil”.

Qeyd edək ki, «tert.am» saytının yaydığı məlumata görə, Ohanyan Ermənistan hökumətinin iclasında Kəlbəcərdə Azərbaycan «diversantlarının» hərəkətini məhdudlaşdırmaq üçün bütün yolların minalanması istiqamətində işlər apardıqlarını bildirib.



Teqlər:  





Xəbər lenti