Metro işçilərinin maaşı artdı

Metro işçilərinin maaşı artdı
  18 İyul 2014    Oxunub:3029
“Bakı Metropoliteni” QSC-nin bəzi işçilərinin maaşları artırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Apa-ya qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmri ilə bəzi struktur rəhbərlərinin, stansiya işçilərinin maaşlarında təxminən 30-50 faiz artım olub.

O qeyd edib ki, ümumilikdə metro işçilərinin maaşlarına baxılır, mümkün variantlar nəzərdən keçirilir, gələcəkdə digər işçilərin də maaşlarının artırılması nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti