“İğtişaş yaratmaq istəyirlər” - Şeyx

Lakin şeyx bunu gözü götürməyən qüvvələr olduğuna görə çox heyfsilənib. "Açığı bizdə də məzhəblər arasında nifaq salmaq, dinlər arasında iğtişaş yaratmaq istəyirlər".
A.Paşazadə dövlət başçısını əmin edib ki, dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşları öz Vətəninə, torpağına, dədə-baba adətinə sadiqdirlər və heç bir qüvvə onları bu yoldan döndərə, başqa yollara apara bilməz.
"Çünki bu dövlətin, din-dövlət əlaqələrinin bünövrəsini ulu öndər Heydər Əliyev həzrətləri qoyub. Heydər Əliyev deyirdi ki, müstəqilliyimiz həmişəyaşardır, əbədidir, inşallah. Amma buna inanmayan, ola bilsin şübhə ilə yanaşan bəzi qüvvələr varsa onlar Şəhidlər xiyabanına getsinlər, - Allah bütün şəhidlərə rəhmət etsin, Zati-aliləri, Qarabağ torpaqlarımızın tezliklə azad olunmasını da Sizin rəhbərliyinizlə bizə nəsib etsin, - gözləri ilə görsünlər orada uyuyan, canından, qanından keçən qardaşlarımız, oğullarımız, o dövrdə heç soruşurdular ki, kim hansı millətdəndir? Orada Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri uyuyur. Bəs onları birləşdirən amal nə idi? Onları birləşdirən Vətən, torpaq, sevgi, qardaşlıq idi".
Teqlər: