Nazirlikdən "ASAN" xidmət

Nazirlikdən "ASAN" xidmət
  19 İyul 2014    Oxunub:1393
Vergilər Nazirliyi "Asan İmza" mobil elektron imza vasitəsilə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması barədə təlimatı yayımlayıb.
AzVision.az-ın nazirliyə istinadla verdiyi məlumata görə, artıq "Asan İmza" mobil elektron imza vasitəsilə təşkilatın səlahiyyətli nümayəndələri tərəfindən əməkdaşlarla bağlanan əmək müqavilələri haqqında məlumatların daxil edilməsi və sonradan bu məlumatların işçilər tərəfindən əldə edilməsi mümkündür.

Səlahiyyətlini təyin edəcək rəhbər şəxslər və bildirişlər haqqında məlumatların Asan İmza vasitəsi ilə daxil edilməsini həyata keçirən səlahiyyətlilər üçün nəzərdə tutulan bu təlimatda həmin prosesin mərhələləri əyani şəkildə ətraflı izah edilib.

Qeyd edək ki, 1 iyul 2014-cü il tarixindən etibarən "Elektron hökumət" (www.e-gov.az) portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi", həmçinin "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" xidmətləri yerləşdirilib.


Teqlər:





Xəbər lenti