DİN 30 nəfəri həbs etdi

DİN 30 nəfəri həbs etdi
  19 İyul 2014    Oxunub:725
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 70 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən ötən günün kriminal xronikasını təqdim edir:

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.


Teqlər:





Xəbər lenti