Tramvay yolunun çəkilişi də gündəmdədir. Hələlik xətlər və marşurutlar müəyyənləşdirilir. Yolun çəkilişinə 2015-ci ildə başlanılması nəzərdə tutulur. Şəhərin müasirliyinə uyğun olaraq, ilin sonunadək şəhərə müasir tipli, rahat yeni avtobuslar və taksilər gətiriləcək.
Gəncədə vaqon istehsalı zavodunun istehsalı üçün 30 hektar ərazi ayrılıb. Təməlqoyma İsveçrənin «Stadler Rail Group»şirkəti ilə Nəqliyyat Nazirliyi tərəfindən bağlanmış müqaviləyə əsasən həyata keçiriləcək.
Vaqon istehsalıyla bağlı yaxın günlərdə nümayəndə heyəti yenidən görüşəcək. Görüş çərçivəsində təməlqoymanın vaxtı müəyyənləşəcək. Zavod inşa olunduqdan sonra isə istehsal müəssisəsində 400-dən artıq şəhər sakini işlə təmin olunacaq.
Bununla yanaşı şəhər daxili sərnişindaşımada da dəyişikliklər olacaq. Köhnə avtobuslar yeniləri ilə əvəzlənəcək və yeni taksilər ilin sonuna qədər fəaliyyətə başlayacaq.
