İlham Əliyev kralı təbrik etdi

"Əlahəzrət,
Belçika Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".