QHT problemləri müzakirə edildi

QHT problemləri müzakirə edildi
  20 İyul 2014    Oxunub:912
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə 18 iyul 2014-cü ildə İsmayıllı rayonunda “QHT-lərin müsbət təcrübəsinin yayılması və qanunvericiliyə edilən son əlavə və dəyişikliklər” mövzusunda konfrans keçirilib.
Şuradan AzVision.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan toplantıda rayon ictimaiyyətinin nümayəndələri, icra hakimiyyətinin, bələdiyyələrin və QHT-lərin təmsilçiləri iştirak ediblər.

Toplantıda çıxış edən Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev bölgədəki QHT-lərin fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr haqqında danışaraq, Şuranın məlumatlandırma xarakterli bu cür tədbirlər keçirməsinin
regionlarda vətəndaş cəmiyyətinin inkişafına xidmət etdiyini qeyd edib.
Şura Katibliyinin baş məsləhətçisi Fərid Rüstəmov tədbirdə çıxış edərək vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ölkəmizdə ardıcıl həyata keçirilən dövlət siyasəti haqqında danışıb və QHT-lərin müsbət təcrübəsinin yayılmasının zəruri olduğunu bildirib.

Fərid Rüstəmov Şuranın QHT-lərə göstərdiyi dövlət dəstəyinin əsas istiqamətləri, maliyyələşdirilən layihələr, regionlarda fəaliyyət göstərən təşkilatlara edilən yardımlar, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.

F. Rüstəmov QHT-lərlə bağlı qanunvericilik aktlarına edilən son əlavə və dəyişikliklərin mahiyyəti haqqında konfrans iştirakçılarına məlumat verərək onların mövcud boşluqları aradan qaldırmaq və vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət
etdiyini vurğulayıb.

Şuranın baş məsləhətçisi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsində Şuranın üzərinə düşən
vəzifələr və həyata keçirdiyi tədbirlər haqqında da danışıb.
F.Rüstəmov tədbirin sonunda iştirakçıların yoxsulluğun azaldılması sahəsində görülən işlər,
QHT-lərin fəaliyyəti, qanunvericilikdə edilmiş son əlavə və dəyişikliklər və digər məsələlərlə bağlı suallarını cavablandırıb.


Teqlər:  





Xəbər lenti