Ermənilər balıq tutan Tərtər sakinini güllələyib

Ermənilər balıq tutan Tərtər sakinini güllələyib
  19 İyul 2014    Oxunub:889
Bu gün saat 16:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində bir nəfər mülki şəxs yaralanıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Tərtər şəhər sakini, 26 yaşlı Mübariz adlı şəxs Çaylı kəndi yaxınlığında Tərtər çayı sahilində balıq tutarkən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən açdığı atəş nəticəsində ağır yaralanıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yaralanmış şəxsin hadisə yerindən çıxarılmasına çalışırlar.


Teqlər:





Xəbər lenti